Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Arvadı və qızı da istintaqa cəlb edilsin"
Bacanağını namus üstündə öldürdüyünü deyən şəxsin məhkəməsində hakimə etiraz edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirməkdə itiham edilir. Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.

Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib. O məhkəməyə ifadəsində bacanağını namus üstündə öldürdüyünü söyləyib.

Bizimyol.info xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda mərhumun hüquqi varisi - atası prosesə sədrlik edən hakimə etiraz edib. O etirazını belə əsaslandırıb ki, hakim əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilməyib.

Təqsirləndirilən Şahin Qasımov isə vəsatətə münasibət bildirərkən bir daha qətli törətdiyini etiraf edib. O söyləyib ki, heç kimə etiraz etmir və qətli də özü törədib.

Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlər dindirilə bilər. Amma buna baxmayaraq hüquqi varisi vəsatəti müzakirə edilib.

İşə baxan tərkibdə olan digər iki hakim - Azər Paşayev və Əhməd Quliyev müşavirə otağında vəsatəti müzakirə edib və əsassız hesab edilərək, təmin ediıməməsi barədə qərar qəbul ediblər.

Hüquqi varisin digər vəsatəti isə işin həm ibtidai istintaqa qaytarılması, həm Şahin Qasımovun xanımı və qızı barəsində ayrıca cinayət işi açılması, həm də işdə adı keçən Xaliq adlı şahid tapılana qədər məhkəmə istintaqının dayandırılması olub.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, qeyd edilən bəndlər arasında ziddiyyətlər var və digər şəxslər barəsində cinayət işi açılması isə müstəntiqin işidir.: “Mən yalnız işin ibtidai istintaqa qaytarılmasına münasibət bildirə bilərəm. İşin halları ilə təkrar və ətraflı tanış olmaq üçün məhkəmədən vaxt istəyirəm. Sonra vəsatətə münasibət bildirəcəm" - deyə prokuror bildirib.

Məhkəmə iclası fevralın 11-nə təxirə salınıb.

Qətl hadisə Xırdalanda baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəmnində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. O, xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.

Ş.Qasımov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şahin Qasımov məhkəmədə sərbəst ifadə verərkən bildirib ki, qızım ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.

Təqsirləndirilənin iddiasına görə, bacanağım Müşviq Abbasov onlara qonaq gəluib və yeyib-içəndən sonra qızına sataşıb, hətta arvadıma da söz deyib. “Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib” – deyən Ş.Qasəmov onu vurmasından pe.man olmafığını bildirib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »