Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş hakim məhkəmə zalında həbs edildi
Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesdə başlayıb.

T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.

Bizimyol.info xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsini haqqında vəsatət qaldırıb.

Vəsatət təmin edilib. T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, T.Zeynalova Asif Bağırova qarşı xeyli miqdarda dəqləduz edib.

O, A.Bağırovun etibarından sui-istifadə edərək, ondan 20 min manat pul alıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »