Çərşənbə , 24 İyul, 2019
Baş səhifə / Mədəniyyət / “Park Cinema”da “BTS” həyəcanı

“Park Cinema”da “BTS” həyəcanı

39 Views

Koreyanın məşhur “BTS” qrupunun film-konserti yanvarın 26-da “Park Cinema”nın iki kinoteatrında nümayiş olunub. “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da keçirilmiş seanslar 1000-ə yaxın tamaşaçının marağına səbəb olub.
“Biz bilirdik ki, Azərbaycanda “BTS” qrupunun pərəstişkarları var, və onları nəzərə alaraq, bu film-konserti göstərməyə qərara gəldik. Amma marağın bu qədər yüksək olması bizim üçün gözlənilməz oldu”, – “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib.

Ardıcıl iki seansda göstərilən konsert “BTS” qrupunun dünya turunun çərçivəsində onlar üçün doğma olan Seulda keçirilib. Cənubi Koreya paytaxtının 80-minlik Milli stadionu bu konsertdə tamam ilə dolu idi.

7 üzvdən ibarət olan qrup hip-hop və K-pop (Koreyalı pop) janrlarında çıxış edir. Qrupun heyətində RM (Kim Namcun), Jin (Kim Sok Cin), Suga (Min Yun Gi), J-hope (Cey-hop), Jimin (Pak Cimin), Teahyung (Kim Tehyong) və Jungkook (Con Coguk) yer alıb.
Mahnıların çoxsunu Koreya dilində oxusalar da, fanatlar onları çox rahatlıqla başa düşür. “Onlar ən müsbət şeyləri təbliq edir. Öz mahnılarında “BTS” eşqdən, hörmətdən, mehribançılıqdan oxuyur. Bəzilərimiz “BTS”a görə Koreya dilini öyrənməyə başlayıb”, – fanatlardan biri deyib.

“Park Cinema”nın təşəbbüsü “BTS” qrupunun Azərbaycanda fəaliyyət göstərən fanklub tərəfindən yüksək qiymətləndirilib. “Konsertdən bir gün sonra hər iki kinoteatra güllər və təşəkkür məktubları göndərilib. Biz də, öz növbəmizdə, “BTS” qrupunun bütün fanatlarına təşəkkürümüzü bildiririk”, – Rüstəm Fətəliyev deyib.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.