Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Flora Kərimovadan sərt sözlər: “Ağlınızı başınıza yığın!”
“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova instaqram səhifəsində yazıb. Son zamanlar sosial şəbəkələrdə tənqid olunan, özünü müğənni kimi təqdim edən Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlini hind musiqisi ilə sintez etməsi və bayağı şəkildə ifası Kərimovanı özündən çıxarıb:

Foto: Instagram @flora-kerimova_official

“Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur! Dinləyicilərə isə bir tövsiyyəm var: Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »