Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
The Washinqton Post siyasi məhbusun ölümündən yazdı
Məlum olduğu kimi, İrəvanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am sartının rəhbəti və Erməni qartalları: Vahid Ermənistan partiyasının sədr müavini 51 yaşlı siyasi məhbus 52 yaşlı Mqer Yeqiazaryan həbsdə ölüb. Siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olmuş siyasi məhbus ötən ilin dekabrından bu günədək – 52 gün aclıq edib. Maraqlıdır ki, bu aclıq aksiyası müddətində Avropa Parıamenti, Avropa Şurası, başqa beynəlxalq qurumlar ciddi etirazlarda bulunmayıblar.

Bizimyol.info yazır ki, The Washinqton Post bu məhbus öləndən sonra çox kiçik bir məqalə dərc edib. Bu, Mehman Hüseynovla bağlı dərc etdiyi yazının üçdə biri də deyil. https://www.washingtonpost.com/world/europe/armenian-politician-dies-after-52-day-prison-hunger-strike/2019/01/26/175e6c5c-2188-11e9-a759-2b8541bbbe20_story.html?fbclid=IwAR0skNfKVnhFNSj70NDY3JBpaLbtq4HOxsiHEfdY8Zrz9PjCHYiuzRYpZhQ&utm_term=.205bb7d9108c

Bizim Yol-un şərhi:

Bu hadisə, ona olan reaksiyalarla Azərbaycanda kı analoji olaylara olan dəyərləndirmə bir tərəfdən, beynəlxalq birliyin Azərbaycanda insan haqlarına daha diqqətlə yanaşdığını, daha operativ, daha ətraflı fikir və mövqe bildirdiyini göstərir. Bunu, əlbəttə, normal qarşılamaq olardı; Avroatlantika strukturlarına inteqrasiya kursunu bəyan etmiş ölkədə siyasi məhbus probleminə, demokratik azadlıqlara, insan haqlarına diqqətlə yanaşılması başadüşülən və təbii sayıla bilər. Azərbaycandakı vəziyyətin tənqid olunmasına bu aspektdən yanaşmaq olardı. Bəli, bu sahələrdə bizdə çox problemlər var. Bunların həllinə dövlət diqqət verməldir ( Siyasi motivlərlə həbslərə yol verilməsi, demokratik azadlıqları, insan hüquqlarını məhdudlaşdırmaq , mediaya basqılar istənilən dövlətdə baş verdikdə adekvat münasibət olmalıdır, Bu, Azərbaycanda olanda da, başqa yerdə olanda da. Yəni tənqidlərin olması qaçılmazdır). Ancaq o biri tərəfdən, oxşar hadisələrin daha ağırı və daha dəhşətlisi Ermənistanda baş verəndə Azərbaycana münasibətdə sərt mövqe tutanlar tamamilə əks davranış sərgiləyirlər. 2003-cü ildə Azərbaycanda Prezident seçkisindən sonra etiraz aksiyalarında 1 nəfərin meydanda, bir nəfərin isə aldığı xəsarətlərdfən həbsxanada ölməsi faktları var. Çoxlu yaralılar da vardı. Bəli, hətta bir nəfərin belə həyatını itirməsi çox böyük hadisədir, faciədir. Ancaq Ermənistanda Serj Sarqsyan ilk dəfə Prezident seçiləndə kütləvi etiraz aksiyalarında 10 nəfər öldü, xəsarət alanların sayı-hesabı olmadı. Qərb dairələri, o cümlədən, Avropa Parlamenti və Avropa Şurası Azərbaycana qarşı daha sərt mövqe sərgilədi. Hətta ABŞ Konqresinə senator Makkeyn tərəfindən lazım gələrsə, Azərbaycanda təkrar seçkilər keçirilməsini nəzərdə tutan layihə də çıxarıldı (sonradan bəlli səbəblərlə (daha doğrusu, bəlli maraqlardan) bu layihə unuduldu). Ermənistanla bağlı isə yüngül şifahi tənqidlərdən o tərəfə keçən olmadı. Bir mıhbus Azərbaycanda aclıq aksiyasına başladığınə bəyan edəndə bunu dünyada hamı bildi və sərt təpki göstərdi, adam da sağ-salamatdır və sonradan bəlli oldu ki, cəmi bir gün aclıq edib; hətta o aclığı dayandırdığını deyəndn sonra da təpkilər bu və ya başqa formada davam etdi. Bu arada dövlət də məsələnin üstünə gedərək həll yolunu tapıb məsələni bitirdi. Ancaq Ermənistanda siyasi və media statusu Azərbaycandakı blogerin statusundan daha böyük olan məhbus türmədə 52 gün ac qaldı. Bunu nə ABŞ, nə Avropa İittifaqı, nə Avropa Şurası, nə də Ermənistanın yeni seçilmiş və demokratik sayılan hakimiyyəti “görmədi”: “qəfil xəbər tutdular ki”, ölüb. Bu, əlbəttə ki, beynəlxalq birliyin belə məsələlərdə, xüsusilə, Azərbaycan və Ermənistana münasibətdə eyni hadisələrə fərqli yanaşma sərgilədiyinin bir dahga açıq-aydın sübutudur.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »