Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölməmişdən 2 saat əvvəl sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi"
Əsgərliyə getməyə hazırlaşan gəncin qətli ilə bağlı məhkəmədə şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib .

Hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı Hüseynov Qafar Adıgözəl oğlunu mübahisə zəminində küt alətlə vuraraq qətlə yetirib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Prosesdə ifadə verən mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva

bildirib ki, axşam saatlarında onlara zəng edib, oğlunun qətlə yetirildiyini deyiblər.

Şahid Arzu Xəlilova ifadəsində qeyd edib ki, hadisənin baş verdiyi sexin yanında mağazada çalışır.

O hadisə zamanı telefonu ilə çəkdiyini də bildirib. "Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən 2 saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım".

Metal qəbulu sexinin işçisi Tərlan Talıbov ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib: "Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər. Onları ayırdım. Daha sonra Ərəstun Qafarın anasının südünə söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim".

Metal qəbulu sexinin rəhbəri Sübhan Niftəliyev də dindirilib. O qeyd edib ki, hadisə günü işdə olmayıb: "Rayona gedirdim. Tərlan zəng edib, Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Hadisə barədə sexdə eşitdim ki, Ərəstum Qafara söyüş söyüb".

Məhkəmədə tərəflər arasındakı mübahisənin səbəbi açıqlanıb. Bildirilib ki, Ə.Ərəbov sexə dəmir gətirib. Mərhum Q.Hüseynov isə metalı 15 qəpikdən götürdüklərini bildirib: "Ərəstun isə deyib ki, həmişə Sübhana dəmiri 20 qəpikdən verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Ərəstun Ərəbov onu qətlə yetirib".

Təqsirləndirilən Ə.Ərəbov Q.Hüseynovun onu əvvəl təhqir etdiyini və sonra dəmirlə vurduğunu deyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metla qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib.

Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub.

Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər.

Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.

Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »