Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq təşkilatdan manatla bağlı proqnoz: 1 dollar 1,97 manat olacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.

2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə - 1,87 manat/1 dollar, 2021-ci ildə - 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.

S&P Global Ratings

“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, - agentlik qeyd edir.

2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »