Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəqliyyatın gələcəyi ilə bağlı bilməli olduğunuz 6 şey - FOTOLAR
Texnoloji kəşflərin ən çox təsirlənən, yenilikləri həyatımızda bir başa hiss etdiyimiz sahələrdən biri də nəqliyyatdır. Yanacaqdan, taksi servislərinə qədər hər şey sürətlə dəyişir hətta bəzən xəbərləri izləməyi belə çatdırmaq olmur. Yaxın gələcəkdə nəqliyyatda baş verəcək dəyişikliklər barədə qısa məlumatlar hazırladıq.

1. Hyperloop şəhərlərarası nəqliyyatda vacib rol oynayacaq.

İlk dəfə Elon Musk tərəfindən proyekt olaraq təklif olunan, San-Fransisko – Los Angeles arasında məsafəni 30 dəqiqəyə endirəcək “hyperloop”ların getdikçə bütün şəhərlərə yayılacağı gözlənilir. Artıq BƏƏ’də Dubay və Abu-Dabi arasında “hyperloop”dan istifadə etmək istədiyini açıqlayıb. Əgər testlərdən uğurla keçsə sürətlə digər ölkələrdə də istifadə olacağını görə bilərik.

2. Uber hər yerdə olacaq!

Uber artıq şəhər nəqliyyatını, taksi servislərini şəkilləndirməyə davam edir. Bakıda belə klassik taksi sistemi əvəzinə “Uber-tərzi” taksi servisləri böyüməyə davam edir. Hələ ki, digər şirkətlər mobil tədbiq istifadə etməsə də onların da yavaş-yavaş bu yeniliyə uyğunlaşacağını gözlənilir. Bundan əlavə Uber və bənzər markaların şəhərlərdən qəsəbələrə, kəndlərə də yayılacağı gözlənilir.

3. Avto-sürücülük artıq qaçınılmazdır.

Avto-sürücülü avtomobillərin yaxın beş ildə artıq yollarda daha çox görəcəyimiz qaçınılmaz faktlardan biridir. Google, Uber, GM, Ford və Tesla kimi böyük markalar artıq avto-pilotlarının testlərdən uğurla keçdiyini açıqlayıb. Elmi araşdırmalar avto-pilotların yolları daha təhlükəsiz edəcəyini də iddia edir.

4. Elektrikli avtomobillər əsas yanacaq formasına çevriləcək.

Nəqliyyat sahəsində araşdırmalar aparan insititutlar 2065-ci ildə benzinlə işləyən maşınların böyük şəhərlərdə qadağan olunacağı və saylarının çox az qalacağına inanır. Avtomobil sektorunun lokomotivi Almaniyanın 2030-cu ildən etibarən sadəcə elektrikli maşın istehsalına keçəcəyini açıqlaması, Amerikada sürətlə elektrik doldurma məntəqələrinin artması, Tesla avtomobillərinin daha ucuz markalar da istehsal etməyə başlaması, Autoshow’larda elektrikli avtomobillərin ön plana çıxması bu yeniliyin artıq həyatımıza girdiyini deyə bilərik.

5. Ancaq həll olunmalı olan ciddi problemlər var…

Elektrikli avtomobillərin və avto-pilotların online rejimdə işləyəcək olması bəzi riskləri də bərabərində gətirir. İnsanların şəxsi dataların ələ keçirilmə ehtimalı, təhlükəsizlik barədə hələ də şirkətlərin insanları tam inandıra bilməməsi həll olunmalı problemlərin başında gəlir.

6. Siyasətçilər iqtisadi bərabərliyi qoruya bilməsə, yeniliklər hər kəs üçün əlçatan olmayacaq.

Bu yeniliklər həm ekolojik həm də gələcək adına ümidverici olsa da sosial bərabərsizlik riski daşıyır. Hyperloop da başda olmaqla siyahıda olan yeniliklər hələ çox bahalıdır və sadəcə zənginlərə xidmət edir. Dövlətlər əgər bu yenilikləri hər kəsin istifadə edə biləcəyi şəkildə dünyaya yaya bilsə daha da ümidli ola bilərik.

pahoo.az

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər