Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili 72 saata hakimiyyəti dəyişmək planını açıqladı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yenidən öz vətənində prezident olmaq istəyini gizlətmir. Onun sözlərinə görə, ölkəyə qayıtmağa hazırdır.

Bir şərtlə ki, Gürcüstünın fəal hissəsi və müxalifət ona ölkə ərazisində 72 saat sərbəst hərəkət imkanı yaratsın: “Bu, hakimiyyətin dinc yolla dəyişməsi ssenarisidir”.

Bizimyol.info xəbər verir ki, Saakaşvilinin fikrincə, ən əsası indiki gürcü hakimiyyətinin yaradıcısı Bidzina İvanişvili ilə mübarizədir. Keçmiş prezident ölkəyə rəhbərlik edənləri dəlixanaya salınmış psixiki xəstələr adlandırıb: “Onları zorakılıq olmadan və qurbansız zərərsizləşdirmək lazımdır”.

Keçən ilin noyabrında Saakaşvili gürcü xalqını prezident seçkilərinin nəticələrini tanımamağa çağırmışdı.  O, seçki kampaniyasını qanunsuz adlandırmışdı. Saakaşvilinin fikrincə, nəticələr saxtalaşdırılmışdı, hakimiyyət seçiciləri ələ almağa çalışmışdı, bir çox hallarda təzyiqlərlə istəyinə çatmışdı.

Saakaşvili 2004-cü ildən 2013-ə qədər Gürcüstanın prezidenti olub. O, bu müddətdə bir dəfə Tbilisidəki kütləvi etirazlara görə postunu tərk edib. Elə 2013-cü ildə də prezident kürsüsündən vaxtından əvvəl gedib. Parlament seçkilərində partiyası uduzandan sonra prezident müxalifətə keçdiklərini bildirmişdi.

Saakaşvili indi də müxalifətdə təmsil olunur. Onun rəhbəri olduğu “Vahid milli hərəkat” müxalifət birliyini təmsil edən “Güc birlikdədir” blokuna daxildir.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »