Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klinton yenidən prezidentliyə namizəd ola bilər

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton yenidən prezident seçkilərində iştirak etməyi düşünür. Gələn il onu seçki marafonunda görəcəyik.

Bizimyol.info xəbər verir ki, CNN teleşirkətinin verdiyi məlumata görə, Klinton bu haqda yaxın ətrafı ilə söhbət edib. Hələ bu o demək deyil ki, qadın siyasətçinin seçki planları hazırdır. Amma irəlidə yetərincə vaxt da var. O, böyük ehtimalla seçkidə iştirak edəcək.

Kemiş birinci xanımın heç də bütün yaxınları bunu yaxşı ideya saymır. Onun qələbəsinə inanmayanlar da var.

Donald Tramp

Hillari Klinton 2016-cı ildə indiki prezident Donald Trampa uduzmuşdu. Hərçənd, seçicilərin ümumi səs sayı onun xeyrinə olmuşdu. Sadəcə, ABŞ-da ənənəvi seçki sistemindən istifadə olunmur. Ayrı-ayrı ştatlar üzrə seçki balı müəyyənləşdirilir. Buna görə də Tramp (304) Klintonu (227) geridə qoymuşdu.

Səslərə qalsaydı, xanım Klinton rəqibini məğlub edəcəkdi. Seçkiyə gələnlərin  48,07 faizi onu dəstəkləmişdi. Trampa ABŞ seçicilərinin yalnız 45,99 faizi güvənmişdi.

Bir müddət əvvəl Tramp Klinton haqda danışmışdı. İndiki prezident qadın siyasətçi ilə yenidən üz-üzə gəlmək istədiyini demişdi.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »