Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı dünya çempionu qripdən dünyasını dəyişdi

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Bizimyol.info-un Modern.az-a istinadən məlumatına görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb: “Daha sonra xəstəlik şiddətlənib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.

Xatırladaq ki, Xamis Məmmədov dünyaca məşhur döyüşçü Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idi.

“Bu, 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim", - deyə idmançı bildirmişdi.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Son xəbərlər
Bütün xəbərlər »