Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeronda avtomobil oğrusu saxlanılıb - Foto

Abşeron rayonu ərazisində avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) bu barədə məlumat daxil olan kimi, dərhal əməliyyat-istintaq qrupu yaradılıb.

Məsələ ilə bağlı şəhər təhlükəsizlik kamerasına baxış keçirilib və əməliyyat axtarış tədbirləri zamanı, hadisəni törədənin Elvin Cəbrayılov olduğu müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib. E.Cəbrayılov avtomobili qaçırarkən içkili olduğunu bildirib.

O, izi itirmək məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanını çıxardaraq atıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »