Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika diplomatları Venesueladakı səfirliyi tərk ediblər

ABŞ-ın Venesueladakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyi tərk ediblər.

Bu barədə şənbə günü Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, ötən gün, yanvarın 25-də, ABŞ-ın Karakasdakı diplomatik nümayəndəliyinin heyəti qoyulan müddətə müvafiq olaraq geri çağırılıb",- deyə məlumatda qeyd olunub. Həmçinin əlavə edilib ki, Venesuelanın Vaşinqtondakı səfirliyinin əməkdaşları şənbə günü öz ölkələrinə qayıtmağa başlayıblar.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Nikolas Maduro və Xuan Quaydo

Onun ardınca Amerika lideri Donald Tramp Nikolas Maduronun prezidentliyini tanımaqdan imtina edib və müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaydonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. (Report.az)

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »