Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan elektrik enerjisi istehsalını artırmağı planlaşdırır

Azərbaycan elektrik enerjisi istehsalını artırmağı planlaşdırır.

Bizimyol.info bildirir ki, bu barədə Trend-ə "Azərenerji" ASC-dən deyiblər.

Bildirilib ki, 2018-ci ildə enerji sistemi üzrə 22 521 mln. kVts elektrik enerjisi istehsal olunub. 2017-cı illə müqayisədə elektrik enerjisinin istehsalı 748,1 min kVts və ya 3,43% artıb. 2019-cu ildə isə 23 550 mln. kVts olacağı planlaşdırılıb.

Qeyd olunub ki, hazırkı mərhələdə əsas vəzifə "Reabilitasiya proqramı"na uyğun olaraq itirilmiş gücləri bərpa etməkdir. Sənaye, kənd təsərrüfatının inkişafı, iqtisadi obyektlərin, əhalinin artması, ixrac imkanlarının zənginləşdirilməsi səbəbindən yeni güc mənbələrinin yaradılması günün tələbi olaraq qalır. Belə ki hər il 120-180 MVt tələbat artır. Buna görə də yeni generasiya mənbələrinin yaradılması zəruridir.

ASC-dən bildirilib ki, ötən il sentyabrın əvvəlində enerji sisteminin gücü 3600 MVt təşkil edirdisə, bu gün 3850-3900 MVt-təşkil edir.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »