Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistimizin xəstəxana görüntüləri yayıldı: Süni nəfəs aparatında - Fotolar

Xəbər verdiyimiz kimi Azərbaycanın Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Bizimyol.info Publika.az-a istinadən bildirir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa "Caspian International Hospital"a göndərilib.

Artıq 4-cü gündür xəstəxanada olan Xalq artisti xəstəxanaya yerləşdirilməsinə köməklik göstərdiklərinə görə teleaparıcı Xoşqədəm Hidayətqızı və həkimlər Cahid Şahbazovla yanaşı Aytən Sultanovaya təşəkkür edib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

Rəmişin xəstəxanadan çəkilmiş fotolarını təqdim edirik.

Son xəbərlər
Bütün xəbərlər »