Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaşıqçı ilə bağlı şok məlumat: Daha bir İsrail izi...

İsrailin qətlə yetirilən jurnalist Camal Qaşıqçını izləməsi üçün Səudiyyə Ərəbistanına satdığı proqram təminatını üzə çıxaran kiber mütəxəssislər gizli agentlərin hədəfi olub.

Bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının İsrailin “NSO Grup” şirkətindən aldığı “Peqasus” adlı proqram texnologiyasını aşkarlayan Toronto Universitetinin “Citizen Lab” qurumunun işçiləri ötən 2 ay ərzində saxta şirkətlərin agentləri tərəfindən sorğu-suala məruz qaldıqlarını bildirib.

Araşdırmalardan sonra mütəxəssislərlə ünsiyyət quran şəxslərin saxta şirkətlərin əməkdaşları olduğu üzə çıxıb.

Qeyd edək ki, “Citizen Lab” Kanadada yaşayan səudiyyəli aktivist Ömər Əbdüləzizin telefonunda apardığı araşdırma nəticəsində onun Ər-Riyadın İsrail istehsalı olan proqram təminatı vasitəsilə C.Qaşıqçı ilə əlaqə yaratdığını üzə çıxarmışdı. (Axar.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »