Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimyol.info-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 54,0 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 63 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, yanvarın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 427 sm (2018-ci il yanvarın 25-də 374 sm), Şirvanda 307 sm (2018-ci il yanvarın 25-də 241 sm), Salyanda 275 (2018-ci il yanvarın 25-də 201 sm), Bankədə 239 sm (2018-ci il yanvarın 25-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2018-ci il yanvarın 25-də 110 sm) təşkil edib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »