Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyalılar Trampın xanımından üzr istədi

Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampdan üzr istəyib. Üzrxahlığın səbəbi xanım Tramp haqda materialda faktların təhrif olunmasıdır.

Bizimyol.info xəbər verir ki, qəzet rəhbərliyi ABŞ-ın birinci xanımına kompensasiya ödəməyə də hazır olduqlarını bəyan edib: “Biz çox təəssüf edirik. Təəssüfümüzün ifadəsi olaraq, xanım Trampa kompensasiya ödəməyə, məhkəmə məsrəflərini də üzərimizə götürməyə hazırıq”.

“The Daily Telegraph” yanvarın 19-da Melaniya Tramp haqqında məqalə dərc etmişdi. Materialda birinci xanımın memarlıq kurslarını yarımçıq qoymasının səbəblərindən bəhs olunurdu. Qəzet yazırdı ki, Melaniyanın Trampla nikaha qədər uğuru olmayıb.

Melaniya Tramp bir müddət öncə İraq və Almaniyaya səfərlərdən sonra ABŞ-a qayıdarkən əynində olan paltarlara görə də sosial şəbəkə istifadəçilərinin müzakirə mövzusuna çevrilmişdi.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »