Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şortik geyinən meri restorana buraxmadılar — İtaliyada qalmaqal
Toskana vilayətinin Viareco şəhərinin merini restorana buraxmayıblar.

"Ölkə.Az" xəbər verir ki, mer şortik geyindiyi üçün ona restorana daxil olmağa icazə verməyiblər. Mer Corco del Qinqaro bu barədə "Facebook" sosial şəbəkəsində məlumat verib.

Siyasətçinin sözlərinə əsasən bir neçə gün əvvəl dostları ilə restoranların birində şam etmək barədə danışıblar. Mer bu restoranın daimi müştərisidir. Görüş qeyri-rəsmi olduğu üçün Corco şortik geyinib: "Biz restorana daxil olduq. Bizi dənizə baxan masaya yerləşdirdilər. Yan masada əyləşən tanışlarla söhbət etdik, xəbərləri bölüşdük. Mənə yaxınlaşan ofisiant isə qısa şort geyindiyim üçün restoranı tərk etmək məcburiyyətində qalacağımı bildirdi".

Mer bildirir ki, liman restoranında belə "dəmir qaydalar"ın olduğunu əvvəlcədən bilməyib. Amma o, vəziyyətlə barışıb. Dostları ilə sağollaşaraq restoranı tərk edib.

Sonra isə Viareco meri başqa bir restoranda şam edib.

Bir neçə saat sonra restoran rəhbərliyi merin sosial şəbəkədəki paylaşımına reaksiya verib. Bildirilir ki, saat 19:00-dan sonra "dress-kod" qüvəyə minir. Barışıq üçün isə merə daimi qonaq kartı təklif edilib.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »