Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gərgin vəziyyətdə işləyən insanların diqqətinə - Hipertoniya yarana bilər
Son zamanlar gəclər arasında təzyiq xəstəlikləri çox geniş yayılıb. Təzyiqin qəfil qalxması və beyinə qan sızması nəticəsində dünyasını dəyişən cavanların sayı da gündən-günə artır.

Həkimlərin bildirdiklərinə görə, insanın qan təzyiqinin yüksək olması hələ onun hipertoniya xəstəsi olması demək deyil. Bu xəstəliyin meydana çıxması üçün bir sıra amillərin olması şərtdir. Onlardan biri də stress amilidir.

Medicina.az mövzu ilə bağlı olaraq nevropatoloq Samirə Məmmədovaya müraciət edib. Tanınmış həkim stressin və gərginliyin təzyiqin qalxmasındakı rolundan:

Təzyiqin yüksəlməsi təkcə nevroloji problemlərdən asılı deyil. Bu zaman anadangəlmə damar patologiyaları, ürək qüsurları, böyrəküstü vəzin funksiyasının çatışmazlığı və çox nadir hallarda stress böyük rol oynayır. Stress səbəbindən qalxan təzyiq stress amili aradan götürülən kimi normaya düşür. İnsanın hipertoniya xəstəliyinə düçar olması üçün onun davamlı olaraq stressə məruz qalmasından əlavə mütləq sadalanan amillər də olmalıdır. Bundan əlavə yetkinlik yaşında bu xəstəliyin meydana çıxmasının səbəbi yalnız stress ola bilməz. Bu amil daha çox 40 yaşdan yuxarı insanlarda daim gərgin vəziyyətdə işləyən insanlarda hipertoniya xəstəliyini yarada bilər.

Cavan yaşlarında hipertoniya xəstəliyinin səbəbi endokrin sistemdə olan problemlər, damarlarda olan anevrizmalar, ürək fəaliyyətinə qədər bir sıra müayinələr, bir sözlə, xəstənin üzərində tam araşdırma aparılmalıdır. Uşaqlar kiçik yaşlarından zorakılığa, gərginliyə məruz qaldıqda artıq yetkinlik yaşlarından onlarda hipertoniya xəstəliyi meydana çıxa bilər. Bu zaman damar tonusunun tarazlığı pozulur, yəni orqanizm özünü kompanesasiya edə bilmir. Stress hormonu çox ifraz olunduğu üçün damarlar daimi olaraq spazm vəziyyətində qalır. Bu isə həmin insanda gələcəkdə hipertoniya problemi yarada bilər.

Amma bir hipertoniya xəstəsinin yalnız stress səbəbindən bu xəstəliyə düçar olduğunu söyləmək mümkün deyil. Belə xəstələrdə stressdən əvvəl digər amillər araşdırılmalı və aradan qaldırılmalıdır.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »