Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro rejiminin xarici bank hesablarına həbs qoyuldu - Nəhəng məbləğlər

Venesuela prezidenti Nikolas Maduro nəinki postunu itirir, eyni zamanda xarici banklardakı var-dövləti də əlindən çıxır. “Bank of England” (İngiltərə bankı) onun qızıllarını qaytarmaqdan imtina edir.

Bizimyol.info "Bloomberg"-ə istinadən xəbər verir ki, onun İngiltərə bankında təxminən 1,2 milyard dollarlıq qızıl külçələri var.

Qızıl

Böyük Britaniya mətbuatının yazdığına görə, İngiltərə bankının qərarında ABŞ-ın yüksək çinli məmurlarından birinin əsas rolu olub. Həmin adam ya ABŞ dövlət katibi Mayk Pompeodur, ya da Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton.

Venesuela mərkəzi bankının xaricdə ümumilikdə 8 milyard dollar ehtiyat vəsaiti var. Əksəri İngiltərədə saxlanılır.

Xuan Quaydo

Venesuelada hakimiyyəti ələ keçirən Xuan Quaydo da məsələyə münasibət bildirib. O, ingilislərin qərarını alqışladığını deyib: “Venesuela aktivlərinin müdafiəsi prosesi artıq start götürüb. Biz bundan sonra xalqın sərvətinin talanmasına imkan verə bilmərik”.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »