Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcü deputat: “Erməni hərbçiyə büstün qoyulmasını bitmiş məsələ hesab edirəm"

"Mixail Avaqyana büstün qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər yetirə bilməz".

Bunu Gürcüstanın parlament çoxluğunun lideri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

O, ötən gün bu məsələ ilə bağlı fəal müzakirələrin aparıldığını deyib: “Bu, həssas məsələdir və Azərbaycandakı həmkarlarımızda müəyyən narahatlıq yaradıb. Məsələni bitmiş hesab edirəm və mövzunun daha da dərinləşəcəyini gözləmirəm”.

Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək, büstün açılmasına etirazını bildirib. Eyni zamanda Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. (Report.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »