Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir-birindən maraqlı 7 unikal vebsayt
Bu cür saytların keçidləri dərhal brauzerin yaddaşında saxlanılır və bütün dostlara məsləhət görülür.

Bütün günü internetdə boş-boşuna dolandıqda, heç ağlımıza da gəlmir ki, bir neçə klik o yanda bir-birindən maraqlı saytlar mövcuddur və bizi bu boş vaxt itkisindən xilas edə bilər. Bu cür saytların keçidləri dərhal brauzerin yaddaşında saxlanılır və bütün dostlara məsləhət görülür. Beləliklə, sizə bir-birindən maraqlı 7 unikal saytı təqdim edirik.

PRİNTWHATYOULIKE

Bu rahat onlayn xidmət sayəsində siz vebsaytlardan bəyəndiyiniz materialları lazımsız informasiyanı ixtisar edərək çap edə bilərsiniz. Bura saytın menyusu, banner və s. daxildir.

OLDVERSİON

Əgər siz yenilənən proqramları bəyənmir və köhnələrin daha yaxşı olduğunu düşünürsünüzsə, bu sayt əsl sizin üçündür. Saytın bazasında proqramların köhnə versiyalarını tapa və lazım olanı yükləyə bilərsiniz.

WEB-CAPTURE

Bu xidmət bütün səhifənin skrinşotunu etməyə sizə kömək edəcək. Yəni təkcə görünən tərəfi deyil, bütün səhifəni tamamilə əldə etmiş olacaqsınız. JPG də daxil olmaqla, bir neçə formatda yaddaşda saxlaya bilərsiniz.

WORLD TIME

Bu layihə sizə bir neçə dəqiqə ərzində Planetimizin son 20 il ərzində necə inkişaf etdiyini görməyə imkan verir. Sizə maraqlı olan mövzunu seçin – məsələn, sizin doğma şəhərinizi və dəyişiklikləri izləyin.

EVOLUTION OF WEB

Bu saytda siz internetin təkamül prosesini qrafik təqdimat formasında izləyə bilərsiniz. Burada siz inkişaf mərhələlərini və texnologiyaların tətbiqini daha yaxından izləyəcəksiniz.

JUSTDELETE

Bütün vebsaytlardakı akkauntlarınıza birbaşa keçidlərin kataloqları. Bütün profilləri sildikdən sonra, rahatlıqla zahidlik həyatınıza başlaya bilərsiniz.

MYFAX

Bu sayt vasitəsilə iş üçün və ya sadəcə dostlarınıza pulsuz faks göndərə bilərsiniz

pahoo.az

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »