Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zukerberqin yeni planı açıqlandı: “WhatsApp”, “Instagram” və “Messenger” birləşdirilir

“Facebook” sosial şəbəkəsi “WhatsApp”, “Instagram” və “Messenger”in mesaj xidmətlərini birləşdirmək niyyətindədir. Bizimyol.info xəbər verir ki, bu haqda Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.

Plan barədə qəzeti məlumatlandıran mənbə bildirib ki, şirkət rəhbərliyi hər üç sosial şəbəkənin mesaj mübadiləsini vahid xidmətdə birləşdirmək niyyətindədir. Amma bu sosial şəbəkələrin hər biri ayrı-ayrı bölmə kimi fəaliyyət göstərməkdə davam edəcək.

Şirkətin rəhbəri Mark Zukerberqin göstərişinə əsasən, sosial şəbəkələrin hər biri hərtərəfli şifrələnəcək. Bu da insanları onların şəxsi yazışmalarına başqalarının qanunsuz müdaxiləsindən qoruyacaq.

Mark Zukerberq / Foto: Wikimedia Commons

Bizimyol.info xəbər verir ki, “Facebook” rəhbərliyi mesaj mübadiləsilə bağlı vahid xidmət planına dair işləri bu ilin sonu və ya gələn ilin əvvəlinə qədər başa çatdırmaq niyyətindədir. İşlər başa çatıb, dəyişikliklər qüvvəyə minəndən sonra “Facebook” istifadəçisi “WhatsApp” və ya “Instagram”da qeydiyyatdan keçmiş şəxslərə də mesaj göndərə biləcək (və ya əksinə).

Mənbənin fikrincə, xidmətlərin birləşdirilməsi “Apple” və “Google” kimi rəqiblərdə “Facebook”un xidmətlərinə keçməyə maraq yaradacaq. Bu addım auditoriyanı artırmaqdan əlavə, həm də şirkətin reklam biznesini genişləndirə bilər.

Xatırladaq ki, ötən il “Facebook”un 50 milyondan artıq istifadəçisinin şəxsi məlumatlarının yayılmasına görə böyük qalmaqal yaşanmışdı.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »