Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanı təməlindən dəyişdirən 5 çılğın fizik
Elmin hər sahəsi vacib olsa da, bir çoxumuz fizikanı və fizikləri xüsusi yerdə tuturuq. Kainat haqqında olan suallardan, məktəbdə keçirilən çətin dərs olmasından və ya Einsteinin çılğın fotosunda – hər birimiz bu elm sahəsi haqqında az-çox eşitmişik. Bu çətin sahə ilə məşğul olan alimlər də olduqca qeyri-adi olmaqlarıyla fərqləniblər. Bir çoxları onları çılğın və dəli hesab etsə də, əslində bu insanlar dünyanın həqiqi qəhrəmanlarıdırlar.

Biz də sizə çılğın hesab edilən qəhrəman fiziklərin beşini təqdim edirik.

Albert Einstein

Xüsusi və ümumi nisbilik qaydalarını fizikaya qazandıran, zaman-məkan və maddə anlayışlarını daha yaxşı başa düşməyimizi təmin edən və E=mc^2 formulu ilə könlümüzdə taxt qurmuş dahi fizik Albert Eynştein.

Richard Feynman

Fizik olmasından əlavə, rəngli şəxsiyyəti ilə diqqət çəkən və eyni zamanda bongo barabançısı olan Riçard Feynman. Parçacıq fizikasını vizuallaşdırmağımızı təmin edən Feynman diaqramlarını da məhz o tapmışdır.

Stephen Hawking

Müasir dövrün ən ağıllı fiziklərindən Stephen Hawking keçirdiyi xəstəliyə baxmayaraq qara dəliklər üzərinə ciddi işlər görmüşdür. Məşhur alimin məqsədi filminə də ad olmuş Hər Şeyin Nəzəriyyəsini (The Theory of Everything) tapmaqdır.

Isaac Newton

Bir alma ilə dünyanı yerindən oynadıb, planet və ulduzların hərəkətiylə cisimlərin yerə düşməsini eyni qüvvə, yəni cazibə qüvvəsinin etdiyini kəşf edən klassik fizikanın banilərindən Nyuton. Onun kəşfləri o qədər böyük təməldir ki, Fizikaya giriş dərsləri məhz Nyuton qanunları ilə başlayır.

James Clerk Maxwell

Elektrik və maqnetizmin bir-birindən müstəqil olmadığını sübut edərək, müasir fizikada yeni bir dövr açan məşhur Maksvel tənliklərinin yaradıcısı Ceyms Klerk Maksvel.

pahoo.az

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »