Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo dövlət mükafatlarından məhrum edilə bilər

Portuqaliyada bu ölkənin futbol üzrə yığma komandasının oyunçusu Kriştianu Ronaldonun dövlət tərəfindən verilən mükafatlardan məhrum edilməsi məsələsinə baxıla bilər.

Bizimyol.info xəbər verir ki, buna səbəb tanınmış futbolçunun vergi cinayətində ittiham olunmasıdır.

“Bu məsələdə qanun çox sadədir. Mükafatlara və mükafatlandırmaya cavabdeh olan vəzifəli şəxslər araşdırma aparıb, şərəf və ləyaqətə təsir göstərəcək hansısa hadisə, addım olub-olmadığını müəyyənləşdirməlidilər”, - Portuqaliya prezidenti Marselo Rebelo de Souza bildirib.

Yanvarın 22-də Madrid məhkəməsi portuqaliyalı futbolçuya 23 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan əlavə, Ronaldonun üzərinə 19 milyon avrodan çox cərimə ödəmək öhdəliyi də qoyulub. Ronaldo “Real”da forma geyindiyi dövrdə vergidən yayınmaqda təqsirli bilinib. İttihama əsasən, futbolçu İspaniya xəzinəsindən 5.7 milyon avro vergi yayındırıb.

33 yaşlı hücumçunun üç böyük dövlət mükafatı var və onları 2004, 2014 və 2016-cı illərdə alıb.

Ronaldo 2009-2018-ci illərdə Madrid “Real”ının şərəfini qoruyub. O həm də “ən yaxşı bombardir” kimi bu klubun tarixinə aını yazdırıb. O, 438 oyunda rəqib qapılarından 450 top keçirib.

K.Ronaldo Portuqaliya yığma komandasıyla Avropa çempionu adını da qazanıb. O, millinin tarixində də 75 qolla “ən yaxşı bombardir” adını qazanıb.

Son xəbərlər
Bütün xəbərlər »