Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-ə qoşulmağa çağırış edən azərbaycanlıların cinayət işi geri qaytarıldı

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bir qolu hesab olunan "Nüsra Cəbhəsi” tərkibində döyüşməkdə təqsirli bilinən Emin Quliyev, Asim Bağışov və Teyfur Əlverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Apellyasiya şikayətinin dəlilləri araşdırılan zaman məlum olub ki, işdə olan bəzi sənədlərdə prosessual qaydalara əməl edilməyib.

Bu səbəbdən apellyasiya şikayətinə baxılması üzrə icraat dayandırılıb və qaydalara riayət edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 13 il, Asim Bağışov və Teyfur Əlverdiyevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Emin Quliyev, Asim Bağışov və Teyfur Əlverdiyev Türkiyə ərazisindən Suriyaya keçiblər. Onlar Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov”dan istifadə edərək, orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Daha sonra dəstə üzvləri İstanbul şəhərinə gəliblər, oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs ediliblər. (Oxu.az)

Paylaş »
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
Son xəbərlər
Bütün xəbərlər »