Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2018-ci il üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci il ərzində ölkədə fəaliyyətdə olan 21 sığorta şirkəti tərəfindən 728.0 mln. manat məbləğində sığorta haqları toplanıb, 240.3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 536.2 mln. manat, ödənişlər isə 172.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 191.8 mln. manat, ödənişlər isə 67.8 mln. manat olub.

2018-ci il ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.7%-i könüllü, 26.3%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 71.8%-i könüllü, 28.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-dekabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb. (Trend.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »