Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmi araşdırma: “Beynin cinsiyyəti olurmu?”
Bu elmi araşdırma, ən azı beynin forması nəzərə alındığı zaman cinsiyyətlər arasında bir fərq ortaya çıxmadığı iddia edir. Halbuki, bir çoxları qadın və kişi beyinlərinin fərqli işlədiyini və hətta funksionallıq fərqlərinin olduğunu da iddia edir.

İsrailin Təl-Əviv Universitetində bir qrup alimin apardığı araşdırmada, ən azı beynin forması nəzərə alındığı zaman cinsiyyətlər arasında bir fərq ortaya çıxmadığı iddia edir. Nəticələrinin ABŞ Beynəlxalq Elmər Akdemiyasının PNAS adlı nəşrində yayımlandığı bu araşdırmada, demək olar ki, bütün müşahidə edilən beyinlərdə qadın və kişiyə xas özəlliklərə rastlandığı deyilir. Yəni, beyni kişi və qadın beyni olaraq təsnifləndirmək düzgün deyil.

2013-cü ildə Pennsylvania Universitetində amerikalı alimlərin apardığı araşdırmanın nəticələri isə fərqli olmuşdu. Onlar kişi və qadın beyinləri arasında ciddi fərqlərin olduğu qənaətinə gəlmişdilər. Bu araşdırma, qadına xas sinir bağlantılarının əsasən sağ və sol beyinlər arasında, bir tərəfdən digər tərəfə doğru düzüldüyünü, tipik kişi beynində isə eyni hissədə ön və arxa tərəfləri arasında qurulduğunu müəyyən etmişdi. Bu səbəbdən kişilərin hissiyatlarının koordinasiyalı davranışlara daha yaxşı yansıdığını, qadınların isə analitik, sezməyə uyğun bilgiləri istifadə edərək əlaqə qurmaqda daha güclü olduğunu bildirilmişdi.

pahoo.az

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »