Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert Koçaryan özünü siyasi məhbus adlandırıb

Ermənistanın 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbsdə olan sabiq prezidenti Robert Koçaryan tərəfdarlarına müraciət yayaraq siyasi məhbus olduğunu iddia edib.

Müraciətdə belə qeydlər var: “Nikol Paşinyanın başçılıq etdiyi hökumət dövlət və siyasət işlərində tamamilə naşı olduğunu nümayiş etdirir. Yaxın vaxtda böyük məyusluq dalğasına şahid olacağımız şəksizdir. İqtisadiyyatda, daxili və xarici siyasətdə yol verilən kobud səhvlər bizə çox baha oturacaq. Mənim qondarma cinayət işimə gəlincə, onlar məni siyasi məhbusa çeviriblər”.

Özünə qarşı cinayət təqibinin nəticə verməyəcəyini qeyd edən sabiq prezident bir ovuc dələduzun qurub-düzəltdiyi işin artıq dağıldığını diqqətə çatdırıb: “Bu cinayət işini hüquqi zir-zibil hesab edirəm. Həbsxana ilə məni siyasi fəaliyyətdən çəkindirə bilməzlər”.

Xatırladaq ki, yanvarın 18-də məhkəmə sabiq prezidentin həbs müddətini daha iki ay uzadıb. (Report.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »