Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir qanuna dəyişiklik olunur

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.

Dəyişikliyin mahiyyəti torpaq sahəsinin ayrılması ilə bağlıdır. Bildirilir ki, əvvəlcədən torpaq əldə etmək istəyən fiziki və hüquqi şəxslər hərrac komissiyasına müraciət edəcək. Bələdiyyə ərazisində yaşayan, 5 il müddətində qeydiyyatda olan şəxslər isə bunun üçün birbaşa bələdiyyəyə müraciət edə bilər. Həmçinin bələdiyyə torpaqlarının bilavasitə satışında olan istisnaların genişləndirilməsi də nəzərdə tutulur. Eyni zamanda inzibati binaların tikintisi üçün torpaq sahələrinin ayrılması, istifadə olunan bələdiyyə torpaqlarında mövsümi obyektlərin inkişaf etdirilməsi, bələdiyyə torpaqlarının mövsümi olaraq icarəyə verilməsi də nəzərdə tutulur.

İclasda bildirilib ki, bələdiyyə ərazisində nəqliyyat vasitələrinin dayanacaqları üçün ödənilən ödənişin bələdiyyələrin büdcəsinə daxil edilməsi məsələsi də nəzərdə tutulur. Hazırda dayanacaqlarla bağlı məsələ Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Buna görə də agentliklə müzakirələr də aparılır. Layihə dəyişiklik parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »