Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaur Hüseynov müşavirinə yüksək vəzifə verdi
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov tikinti departamentinin rəisi Şaiq Eyyubovu vəzifəsindən azad edib.

Unikal.org xəbər verir ki, Zaur Hüseynov Şaiq Veyis oğlu Eyyubovu pensiya yaşına çatdığına görə, tutduğu vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Ş.Eyyubovun yerinə isə bir neçə ildir QSC sədrinin tikinti üzrə müşaviri vəzifəsində çalışan Məzahir Nəbiyev təyin edilib.

Təyinat xəbərini Unikal.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov təsdiqləyib.

Qeyd edək ki, Şaiq Veyis oğlu Eyyubov uzun illər «Azərsənayetikinti» Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 8.11.2018-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalamışdı.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »