Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm dünyasında bu günə qədər edilmiş 10 gülünc iddia
Bəzən alimlər və peşəkar insanlar da yeniliyi qəbul etməkdə çətinlik çəkirlər. Bəşəriyyət tarix boyu bir çox mükəmməl ixtiralara şahid olmuşdur. Hər əsrə damğa vuran kəşflər insanların həyatını, vərdişlərini kökündən dəyişməklə yanaşı, onlarda müvəqqəti çaşqınlıq da yarada bilib. İnsanlar əvvəlki vərdişlərini dəyişməkdə bəzən çətinlik çəkir, həyatlarını asanlaşdıracaq bu yeniliklərə fərqli münasibət göstərirlər.Bütüb bunlardan əlavə, bu ixtiralara edilmiş haqsız tənqidlər və alimlərin öz aralarındakı qeyri-sağlam rəqabət ucbatından etdikləri gülünc şərhlər də tarixə düşmüşdür. Pahoo.az elm dünyasında edilmiş həmin iddialarından bəzilərini sizə təqdim edir.

1. Təyyarə haqqında

Marşal Ferdinand Foch – Birinci Dünya Müharibəsində iştirak edən fransız generallarından biri, 1911-ci ildə təyyarə haqqında bu fikirləri demişdi: “Təyyarə çox qəribə və maraqlı oyuncaqdır. Lakin hərbi baxımdan bir qəpiklik də dəyəri yoxdur.”

2. Yeni ixtiralar haqqında

Amerika patentləşdirmə şöbəsinin direktoru Charles Duell bir çoxların yaddaşında bu sitatıyla qalmışdır: “Artıq yeni heç bir şey yoxdur. İxtira ediləcək hər şey ixtira edilib.” Lakin bu sözlərin ona məxsus olmadığını iddia edənlər də var.

3. Enerji haqqında

ABŞ prezidentlərindən biri Ronald Reagan ətraf mühit və təbiətin atom enerjisinin təhlükələrindən qorunması tədbirlərinə belə görünür ki heç ciddi yanaşmayıb. Reagan bu barədə demişdir: “Ətraf mühit qoruyucuları əbəs yerə narahat olurlar. Atom elektrik stansiyasının bir illik tullantısını hətta masanızı çəkməcəsində belə saxlaya bilərsiniz.” Tarixdə elektrik stansiyalarında baş vermiş bir neçə faciə ABŞ prezidentinin nə qədər böyük səhvə yol verdiyini təəssüf ki, bizə sübut etdi.

4. Avtomobil haqqında

2 yanvar, 1909-cu ildə Scientific American jurnalı yayımlanma tarixi boyunca ən ciddi səhvlərdən birinə yol vermişdi. Elmi jurnal düzgün proqnazlaşdırma etməyərək, avtomobillər haqqında bu sözləri yazmışdı: “Son bir ildə avtomobilin formasını dəyişəcək hər hansı bir şey qeydə alınmadığını nəzərə alsaq, bu kəşfin də təkamülünü tamamlaması nəticəsinə gələ bilərik.”

5. Atlar və avtomobillər haqqında

Henry Ford’un kredit tələbinə maşınqayırma sektorunun gələcəyi haqqında rəy verən bank avtomobillərin gələcəyi haqqında “ağıllı” proqnoz vernəkdən özünü saxlaya bilməyib və bu sözləri demişdi: “Atlar hər zaman istifadə olunacaq. Avtomobil isə ancaq müvəqqəti dəb ola bilər.”

6. Daha bir əsassız iddia

Alman İmperatoru II Wilhelm 1905-ci ildə yenilikləri qəbul etməkdən biyun qaçıranlardan biri olmuş və tarixdə bu sözlərlə qalmışdır: “Bu mübarizədən atın qalib çıxacağına inanıram. Avtomobil sadəcə olaraq müvəqqəti həvəs olacaq.”

7. Televizor haqqında

Twentieth Century Fox-un direktoru Daryik F. Zanuck 1944-cu ildə çox əsassız bir proqnoz vermişdi. Zaman onun bu fikrinin tamamilə əksini sübut etdi. O deyirdi ki, “Televizor ən gec altı ay içində bazardan silinəcək. İnsanlar hər axşam belə bir qutuya baxmaq istəməzlər.”

8. Radio haqqında

Şotlandiyalı fizika alimi Lord Kelvin deyirdi ki, radionun heç bir gələcəyi yoxdur. Bu cihaz tezliklə tarixdən silinib gedəcək. Göründüyü kimi, onun bi iddiasının heç bir əsası olmadı.

9. Kompüter haqqında

DEC şirkətinin müdiri Ken Olson 1977-ci ildə bu yeniliyi heç cür qəbul edə bilmirdi: “İnsanların evlərində kompüter olması nə deməkdir axı? Məncə heç kimin evinə kompüter almaq üçün keçərli bir səbəbi ola bilməz.” İndi evlərin kompütersiz olmasını təsəvvür etmək qeyri-mümkündür. Hətta televizor iddiası bir az da olsa reallaşıbsa, kompüterlər öz gücünü get-gedə daha da möhkəmləndirməyə davam edir.

10. Siqaretin təsirləri haqqında

Los Angeles’li cərrah Ian G.Macdonald 1963-cü il, 18 noyabr tarixində dediyi sözlərlə hər kəsin yaddaşında qalacağını bilsəydi, yəqin ki peşəsinə uyğun araşdırma etmədən danışmazdı. Həkim demişdi ki, “İnsanların əksəriyyəti üçün siqaret çox yararlı və sağlamlıq baxımından çox faydalı bir şeydir”

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »