Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Həsənoğluna AzTV-də vəzifə verildi
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Məmmədov kadr islahatlarını davam etdirir.

Oxu.Az-ın məlumata görə, o, Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğluya vəzifə verib.

Ramiz Həsənoğlu “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru təyin edilib. O, bu postda Əməkdar jurnalist Səyavuş Məmmədovu əvəz edib

Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 15-də Arif Alışanovu qurumun sədri vəzifəsindən azad edib.

Hazırda AzTV-də köhnə sədrin maliyyə işlərinə dair yoxlamalar gedir.

Son xəbərlər
Bütün xəbərlər »