Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Penitensiar Xidmətin əməkdaşı olmuş şəxsə hökm oxundu
Mətləb İlyasov dələduzluq və rüşvət verməyə təhrikdə təqsirli bilinib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki , hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib. O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan M.İlyasov verdiyi vədə əməl etməyib.

Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb.

Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır.

M.İlyasov Pentensiar Xidmətinin keçmiş əməkdaşı olub və hazırda təqaüddədir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »