Bazar , 25 Avqust, 2019
Baş səhifə / Foto / Məşhur aktrisa dəfn olundu – Fotolar

Məşhur aktrisa dəfn olundu – Fotolar

117 Views

Bu gün “Yeşilçam”ın ulduzu, məşhur aktrisa Ayşen Gruda ilə vida mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, hər kəs iki gün əvvəl dünyasını dəyişən aktrisa üçün Zincirlikuyu Məscidinə toplanaraq cənazə namazı qılıb.

Yas tədbirində tanınmış simanın keçmiş həyat yoldaşı, aktyor Yılmaz Gruda da iştirak edib. A. Grudanın sənət dostları, yaxınları onun ailə üzvlərinə başsağlığı veriblər. Türkiyəli aktrisa Zincirlikuyu Məzarlığında torpağa tapşırılıb.