Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelanın yeni lideri devrilmiş prezident Maduronun gələcək taleyindən danışdı

Venesuelada son hadisələrin önündə gedən müxalifət lideri Xuan Quaydo bəyan edib ki, hakimiyyətə rəhbərliyi təsdiqlənəndən sonra prezident Nikolas Maduronun bağışlanması məsələsinə baxa bilər.

Bizimyol.info xəbər verir ki, Quaydo bu haqda danışarkən Çilini misal çəkib. Deyib ki, Çilidə demokratik keçiddə amnistiya elan edilməsi ciddi rol oynadı.

“Məqamı gələndə biz bu məsələyə baxacağıq. Bizdə də konstitusiyaya əməl etməyə hazır olan hər kəs üçün amnistiya masanın üzərindədir...”, - Xuan Quaydo belə deyib.

O, böhranı geridə buraxıb, ölkənin mümkün qədər tez irəliləməsi üçün azad və ədalətçi seçki keçiriləcəyini vəd edib.

Yanvarın 23-də Venesuelada etirazçılar önünə çıxaraq, prezident səlahiyyətlərini keçid dövrü üçün öz üzərinə götürdüyünü elan edən Quaydo ölkədəki böhrana son qoymaq məqsədilə bütün sektorlara, xüsusən hərbçilərə müraciət edib.

Bizimyol.info xəbər verir ki, Venesuelada bütün bu hadisələr ABŞ-ın Maduronun gəlirlərinin qarşısını almaq cəhdləri fonunda baş verir.

Maduro ABŞ-la əlaqələri kəsib, ancaq hələ də hərbçilərin onu dəstəklədiyi bildirilir.

Beynəlxalq aləmdə Maduronun hələ də prezident kimi qəbul edilib-edilməməsi məsələsində fikir ayrılığı var. Üç gün öncə Quaydo özünü müvəqqəti prezident elan edəndən sonra Latın Amerikasının ondan artıq ölkəsi, ABŞ, Kanada və Böyük Britaniya onu dəstəkləyib. Lakin Rusiya Quaydoya xarici dəstəyi tənqid edib. Rusiya hökuməti iddia edir ki, müxalifət liderinə verilən xarici dəstək beynəlxalq hüququ pozmaqla, Venesuelada “qan tökülməsinə” gətirib çıxara bilər. Çin, Türkiyə və Meksika da bənzər fikirdədir. Onlar da Maduronu dəstəklədiklərini açıqlayıblar.

ABŞ-ın dövlət katibi Mayk Pompeo müraciət edib ki, BMT Təhlükəsizlik Şurası yanvarın 26-da bu məsələnin müzakirəsi üçün toplansın. Yanvarın 24-də Amerika Ölkələri Təşkilatının toplantısında o, Maduro kahimiyyətinin “mənəvi baxımdan iflasa uğradığını və kökünə qədər qeyri-demokratik olduğunu” bildirib.

Maduro və Tramp

Prezident Tramp da bəyan edib ki, Venesuelada etirazçılara qarşı güc tətbiqinə cavab addımı kimi, “bütün variantlar masanın üzərindədir”.

Son xəbərlər
Bütün xəbərlər »