Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrlə bağlı təklif - Qanuna dəyişiklik edilir

Xəbər verdiyimiz kimi, “Gənclər siyasəti haqqında” qanuna birinci oxunuşda bır sıra dəyişikliklərin edilməsi məsələsi təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliklərdə təklif edilən bəndlərdən biri gənclərin informasiya texnologiyalarından və sosial şəbəkələrdən istifadəsi ilə bağlıdır. Qanuna 4.0.21-ci məzmunda əlavə edilən maddədə bildirilir ki, gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüquququn qorunmasına nəzarət təmin edilir.

Milli Məclis

Sözügedən maddəylə bağlı parlamentin Gənclər və idman komitəsinin üzvü Əli Hüseynli çıxış edib. Onun sözlərinə görə, bu, çox fundamental məsələdir: “ Çünki bu vasitələrdən ən çox gənclər istifadə edir. Müşahidə onu göstərir ki, sosial şəbəkələrdən istifadə zamanı insanların şərəf və ləyaqətinin toxunulmazlığı hüququ pozulur. Bu bizim digər qanunlarımızda var. Amma biz onu tam təmin edə bilməmişik. Bu baxımdan bilmək istəyirəm ki, hüququn qorunmasına nəzarətimi nəzərdə tuturuq? Məncə, məqsədimiz hüququn qorunması olmalıdır”.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »