Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlığın gələcəyi ilə bağlı 15 sual və alimlərin cavabı
Artıq insanlar həm dünya həm də kosmosla bağlı daha çox məlumata sahibdir. Yeni məlumatları öyrəndikçə insanlar və xüsusilə gənclər arasında elmə olan maraq artır. Scientific American jurnalı insanlığın gələcəyi ilə bağlı ən çox verilən 15 sualı alimlərə ünvanlayıb. Həmin sualları və alimlərin cavablarını təqdim edirik.

1. İnsanlığın dünyadan kənarda gələcəyi mümkündür?

İnsanların tamamilə dünyanı tərk edib başqa planetlərdə yaşaması çətindir ancaq yaxın yüz ilə qədər Marsda və günəş sistemin digər nöqtələrində yaşayan səyahətçilərimiz olacaq. Bu adamlar siboq texnologiyalarından istifadə edərək dünyadan kənarda yaşaya biləcəklər.

-Martin Rees, britaniyalı kosmoloq və astrofizik

2. Dünyadan kənarda həyat formaları ilə necə və harda qarşılaşacağıq?

Əgər Marsda dünyadakılara oxşar mikrobial həyat formaları varsa, yaxın 20 ildə bunu kəşf edəcəyik. Ancaq bizim planetimizdən fərqli olan canlıları tapmağımız daha çətin olacaq. Yupiterin su ilə dolu peyki Europa və Saturnun orqanik molekulları bol olan peyki Titanda həyat formaları tapmağımız mümkündür.

-Carol E. Cleland, Fəlsəfə Professoru

3. Şüurumuzun təbiətini başa düşə biləcəyik?

Bunun qətiyyən reallaşmayacağını deyənlərin əksinə, elmi araşdırmaların, şüurun ölçüləbilən və təxmin edilən bir formada başa düşülməsini mümkün olduğunu göstərir.

-Christof Koch, Allen Mərkəzinin Rəhbəri

4. Bütün dünya əhalisi, sağlıq xidmətlərindən istifadə edə biləcək vəziyyətə gələcək?

Son 25 ildə bütün dünya, sağlıq xidmətləri istiqamətində böyük məsafə qət etməsinə baxmayaraq, hələ də 1 milyarda yaxın insan həkimi üzü görmədən vəfat edir. Xüsusilə, meşəlik ərazilərdə və nəqliyyatın inkişaf etmədiyi yerlərdə yaşayan insanlar arasında səhiyyə servislərindən az istifadə edildiyi üçün ölüm faizi daha yüksəkdir. Bu problemin həlli, həmin bölgələrdə aparılacaq maarifçilik və adam başına düşən həkim sayının artırılmasından keçir.

-Raj Panjabi, Harvard Tibb Məktəbi Professoru

5. Beyin üzərində aparılan elmi araşdırmalar cəza qanunvericiliyini dəyişdirə bilər?

Bütün məməlilər və quşlar sosial çevrələrdəki hərəkətləri ilə formalaşan bir mexanizmaya sahibdir. Burdan yola çıxaraq, müəyyən cinayətlərlə bağlı genləri kəşf etsək də, davamlı olaraq cinayət törədən canlını “Genləri bunu etməsinə səbəb olur” deyərək sərbəst buraxmağımız mümkün deyil.

-Patricia Churchland, Fəlsəfə və Nevrologiya Professoru

6. Homo Sapiens’in növbəti 500 ildə yaşamağa davam edəcəyi dəqiqdir?

Həyatda qalmaq ehtimalımız olduqça yüksəkdir. Nüvə müharibəsi ya da təbii fəlakətlərin bütün insanlığı yox etmək ehtimalı isə çox az ehtimaldır. Robotların dünyanı ələ keçirmək ehtimalını isə onları söndürməklə həll etmək olar.

-Carlton Caves, Fizika və Astronomiya Professoru

7. Nüvə soyqırımının qarşısını almaq barədə əvvəlki dövrlə müqayisədə indi daha yaxşı vəziyyətdəyik?

Nüvə müharibəsi barədə dövlətlər əvvəlki ilə müqayisədə daha həvəssiz olsa da ABŞ və Rusiyanın nüvə başlıqlarını daşıyan hərbi gəmilərin hərəkətə keçməsi üçün bir əmr bəs edir. Səhv qərarla və ya xakerlərin sistemi ələ keçirməsi ilə milyonlarla insanın ölə biləcəyini nəzərə alsaq hələ də riskin mövcud olduğunu deyə bilərik.

-Frank von Hippel, Princeton Universiteti

8. Nə vaxtsa sekslə məşğul olmaq dəbdən düşəcək?

Böyük ehtimalla yox ancaq uşaq dünyaya gətirmək üçün sekslə məşğul olmaq faizi getdikçə azalacaq. Ana və ataların kök hüceyrələrindən sperma və yumurta götürülərək labaratoriyada embriyo inkişaf etdiriləcək.

-Henry Greely, Stanford Universiteti

9. İnsan bədənindəki toxumaları biomühəndisliklə dəyişdirə biləcəyik?

Bəzi orqanlar artıq labaratoriyada yaradılmağa başlayıb. Hətta biomühəndisliklə ortaya çıxarılmış orqanların xəstələrdə istifadə olunmağa başlanılıb. Beyin kimi qarışıq və tam kəşf olunmayan orqanların toxumasını yaratmaq daha çətin olsa da gələcəkdə mümkün olacağı düşünülür.

-Robert Langer, MIT

10. “Altıncı yox olma”nın qarşısını almağımız mümkündür?

Kütləvi yox olmaların əsas səbəbi yaşamaq üçün lazım olan ərazilərin yox olmasıdır. Dünyada mövcud olan dəniz və torpaqların ən az yarısını qorumağımız belə mövcudluğumuzu davam etdirməyə bəs edir.

-Edward O. Wilson, Harvard Universiteti Araşdırma Professoru

11. Planetimizi yox etmədən bütün insanları doyması mümkündür?

Bəli. Bunu üçün qida israfını və ət istehlakını azaldaraq davamlı təsərüffat üçün elmi araşdırmaları sürətləndirməliyik.

-Pamela Ronald, Kaliforniya Davis Universiteti Professoru

12. Dünyadan kənar planetləri müstəmləkəyə çevirə bilərik?

Bu müstəmləkə sözünü necə başa düşməyimizdən asılıdır. Əgər başqa planetlərə robot yerləşdirməkdən söhbət gedirsə, bunu artıq etmişik. Əgər insanların dünyadan kənar yerlərdə törəmədən yaşamağı nəzərdə tutulursa, yaxın 50 ildə bu mümkün olacaq. Ancaq dünyadan çox az dəstək alaraq başqa bir planetdə bütün ehtiyaclarımızı qarşılayaraq yaşamağımız hələ ki, mümkün deyil. Bunun üçün bağlı ekosistemlər yaratmağı öyrənməliyik.

-Cathrine A. Conley, NASA

13. Dünyaya bənzər planetlər tapa biləcəyik?

Planetimizdə əsas həyat mənbəyi olan suyun kosmosda tez-tez görülən bir maddə olduğunu kəşf etdik. Başqa ulduzların ətrafında da həyat şərtlərinə uyğun ola biləcək planetlərin olduğunu bilirik. Böyük ehtimalla dünya kimi planetlər mövcuddur ancaq onları kəşf etmək lazımdır.

-Aki Roberge, NASA

14. Alzheimer xəstəliyini müalicə etməyimiz mümkün olacaq?

Tam olaraq “müalicə” olmasa da xəstəliyi dəyişdirərək təsirlərini ortadan götürməyimiz mümkün olacaq. Növbəti 10 ildə bu xəstəliyə müdaxilənin mümkün olacağını düşünürəm. Bundan başqa xəstəliyin qarşısını alan vasitələr də sürətlə inkişaf edir.

-Reisa Sperling, Harvard Tibb Məktəbi

15. Şizofreniya və autizm kimi ağır beyin xəstəliklərini nəzarət altına almağımız mümkündür?

Autizm və şizofreniya kimi xəstəliklərə dəqiq həll tapılmamasının səbəbi nevrologiyanın bu xəstəliklərdə müalicə ediləcək dəqiq bir problemi müəyyən etməməsidir. Bu sahədə biokimyaçılar və nevroloqlar yeni üfüqlər inkişaf etdirərək problemi müəyyən etməlidir.

-Rosalind Picard, MIT Media Lab

pahoo.az

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər