Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Maska taxdığımız üçün satıcı qorxdu ki, nəsə edərik"
Quldurluqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb.

Əlisəid Həsənov, Fərid Hacıyev, Orxan Məmmədli və Fərid Hüseynzadənin cinayət işi hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın icraaatındadır.

İclasda ifadə verən təqsirləndirilən Fərid Hüseynzadə deyib ki, ötən ilin yanvar ayında Orxanla birlikdə "NZS" qəsəbəsində yerləşən ərzaq dükanına basqın etməyi planlaşdırıblar: "Marketin sahibini tanıyırdıq, adı Zaur idi. Gecə saat 1-in yarısında dükana daxil olduq. Kassadan 800 manat pul və siqaretləri götürdük. Götürülən pulu Orxanla öz aramızda böldük".

Digər təqsirləndirilən Əlisəid Həsənov deyib ki, mart ayında Gəncə prospektinde yerləşən siqaret köşkünə basqın ediblər: Maska tapdıqları üçün satıcı onların nəsə edəcəyindən qorxub. "300 manat pul və bir qədər də siqaret götürdük. Götürülən siqareti sonradan satıb, pula çevirdik".

Təqsirləndirilən Ə. Həsənov isə deyib ki, aprel ayında Günəşli qəsəbəsində yerləşən marketə basqın edib, oradan 400 manat pul və saç lakı oğurlayıblar.

Sonda təqsirləndirilən şəxslər törətdiyi əməldən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb.

Cinayət işində 5 zərərçəkmiş var.

Rəşad Vaqifoğlu

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »