Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro Venesuelanın ABŞ-dakı səfirliyini və konsulluqlarını bağladı

Venesuelada prezident səlahiyyətlərini itirməkdə olan Nikolas Maduro ölkədəki inqilaba görə ABŞ-ı ittiham edir. Cənubi Amerika respublikasının 81-ci dövlət başçısı siyasi böhranı rəsmi Vaşinqtonun imperialist maraqlarına bağlayır.

Bizimyol.info xəbər verir ki, Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Ali Məhkəmədə çıxış edən siyasətçi Venesuelanın Vaşinqtondakı səfirliyini və digər konsulluqları bağladıqlarını bildirib.

Maduro çıxışında ABŞ xalqına müraciət edib. O, amerikalılardan Venesueladakı demokratiya mübarizəsində dəstək gözlədiyini deyib: “Amerika xalqı ölkəmizdəki çevrilişə imkan verməməlidir”.

Maduro Meksika və Uruqvayın Venesuela müxalifəti ilə dialoq təklifinə razı olduğunu söyləyib. Siyasətçi bir gün əvvəl ABŞ diplomatlarının ölkəni tərk etməsinə 72 saat vaxt vermişdi.

İndi Venesuelada hakimiyyəti Xuan Quaydonun başçılıq etdiyi müxalifət ələ keçirib. ABŞ prezidenti Donald Tramp onun legitimliyini tanıyıb. Milli Məclisin spikeri Quaydo özünü prezident elan edib. Xeyli ölkə onun prezidentliyini tanıdığını bildirib. Rusiya, Kuba və Türkiyə isə Maduronu dəstəkləyir.

Xuan Quaydo

Maduro 2013-cü ilin martından Venesuelaya başçılıq edirdi. Uqo Çavesi əvəzləyən siyasətçi bundan təxminən bir ay sonra aprelin 19-da prezident seçkilərinin qalibi elan olunmuşdu.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »