Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2025-ci ildə dünya necə olacaq? - Çox maraqlı proqnozlar
Aviasiya mühəndisi Peter H. Diamandis, həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq, Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə proqnozlar hazırlayıb. Həmin proqnozları təqdim edirik.

Min dollara insan beyni

Min dollara insan beyni2025-ci ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə bərabərdir. Bu cür aparatların qiyməti isə cəmi 1000 dollar olacaq.

Hər nöqtədə internet

“Hər nöqtədə internet” qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə biləcəklər. “Hər nöqtədə internet” layihəsi çərçivəsində dünyada 100 milyard cihaz məlumatları toplamaqla məşğul olacaq.

Mükəmməl biliklər

Mükəmməl biliklərMəlumat bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl biliklərə çatmaq yolunda irəliləyir.

Sıx əlaqədə olan 8 milyard insan

Sıx əlaqədə olan 8 milyard insanFacebook (Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin (OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki, bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə olacaq.

Tibb sahəsinin yenilənməsi

Tibb sahəsinin yenilənməsiMövcud tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə “start-up”lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft, SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu deməkdir.

Biometrik zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək. Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri “yetişdirə” biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq.

Artırılmış virtual reallıq

Facebook (Oculus), Google (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa da, buna bənzər bir şey olacağı güman edilir.

Robotlaşma

RobotlaşmaBəşər övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə, yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə biləcək.

pahoo.az

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər