Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr - Siyahı

Ötən il ərzində xaricə gedən Azərbaycan vətəndaşlarının çox hissəsi İrana, daha sonra isə Gürcüstana səfər ediblər.

Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub.

Ölkə vətəndaşlarının 33,6 faizi İran, 29,2 faizi Gürcüstan, 18,9 faizi Rusiya Federasiyası, 12,3 faizi Türkiyə, 1,4 faizi Ukrayna, 0,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiyaya gedənlərin sayı 0,3 faiz artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »