Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuela müdafiə nazirindən vacib bəyanat

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ölkəsində dövlət çevrilişinin baş verdiyini bəyan edib.

Bizimyol.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında deyilir.

Lopes qeyd edib ki, Venesuelada qanuni hakimiyyət və demokratiyaya qarşı dövlət çevrilişi baş verir.

Maduro

O bildirib ki, Nikolas Maduro Venesuelanın qanuni prezidentidir.

Xatırladaq ki, paytaxt Karakasın Çakao rayonunda etirazçılar qarşısında çıxış edən müxalif lider Xuan Quaydo da prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edərək and içib.

Bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi.

ABŞ prezidenti Donald Tramp Quaydonu qanuni prezident kimi tanıyıb. Bundan başqa, Argentina, Braziliya, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Peru, Çili və Ekvador Quaydonun prezidentliyini rəsmən qəbul edib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »