Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəş Sistemində yeni, nəhəng səma cismi kəşf edildi - Foto

Günəş Sistemi ilə bağlı Kembric universiteti və Beyrutdakı Amerika universitetinin tədqiqatçıları yeni hipotez irəli sürüblər.

Alimlərin fikrinə əsasən, Günəş Sisteminin dərinliyində buzlu səma cisimlərindən ibarət böyük disk var.

Onların fikrinə görə, Günəş Sistemini əhatə edən Koyper qurşağındakı bəzi obyektlərin çıxıntılı orbitləri ilə bunu izah etmək mümkündür. Bir müddət əvvəl isə alimlər bu cisimlərin hərəkət trayektoriyasındakı anomaliyanı sirli doqquzuncu planetlə izah edirdilər.

Plutondan da uzaqda yerləşən doqquzuncu planet barədə hipotez ilk dəfə 2016-cı ildə Kaliforniya texnologiya institunun alimləri irəli sürüblər.

Astronomların fikrinə əsasən, qaz nəhənginin kütləvi təsiri Koyper qurşağındakı çıxıntılı orbitləri olan səma cisimləri ilə izah edilə bilər. Koyper qurşağı yüz minlərlə buz cisimlərdən ibarətdir və onların bəzilərinin elliptik çıxıntılı orbitləri var. Bu günə qədər 30-a yaxın belə anomal səma cismi kəşf edilib. Doqquzuncu planet hipotezi isə bu günə qədər təsdiqlənməyib.

Alimlər isə qeyd ediblər ki, çıxıntılı orbitlərə təsir edən planet yox, disk şəklində çoxsaylı buz cismi ola bilər. (Olke.az)

Paylaş »
››› Bal bazarındakı acı gerçəklər - Fotolar
››› Türkiyədə dollar dayanmaq bilmir: Rekord ardınca rekord gəlir
››› Tarixi yenidən yazan fakt ortaya çıxdı: Amerikanı Kolumb kəşf etməyib
››› "Qarşımdan qara pişik keçdi", "gecə saç darama", "sağ ovucum qaşınır"... - Doğrular və yalanlar
››› Məşhur azərbaycanlı iş adamı adını dəyişdi
››› Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
››› İran prezidenti: Xarici qüvvələr qonşularımızla münasibətlərimizi pozmaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »