1. CMOS sensor
İstər DSLR kamera, mobil telefonunuzla foto və ya video çəkin, istərsə də dünyanın ən populyar action kamerası GoPro Hero istifadə edin – bunların hər birində NASA texnologiyası var. CMOS inteqrasiya olunmuş dövrə istehsal texnologiyası olub, aşağı güc istehlakı və az maliyyə ilə görüntü tutmaq üçün istifadə edilən alətlərə tətbiq olunur. Bu NASA ixtirası olan fəal piksel qəbuledicisi planetlərarası vəzifələrdə kameraları kiçiltməyə ehtiyac olduğu üçün kəşf edilmişdi. Bu sensordan hal-hazırki rentgen cihazlarında və tibbi sektorda da istifadə edilir.
2. Zənginləşdirilmiş uşaq yeməyi
Mars vəzifələri əsnasında oturaq həyat keçirən NASA tədqiqatçıları, körpənin inkişafında fəal rol oynayan, ana südündə ən vacib element sayılan omega 3 yağ turşusu üçün təbii bir mənbə kəşf etdilər. Bu gün bazarda satışda olan zənginləşdirilmiş uşaq qidaları dünyanın hər yerində uşaqların beyin, ürək və gözlərinin inkişafına töhfə verir.
3. "Memory foam
“Modifikasiya olunmuş aşağı elastiklikli poliuretan köpüyü. Yəqin ki, dünyada ən çox tanınmış NASA ixtiralarından biri olan bu vasitə, test pilotlarının səfər zamanı rahat bir səyahət etmələrinin yolunu axtaran NASA tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Hal-hazırda bu köpük təkcə yataqlar, kreslolar, stullarda deyil, ayaqqabılarda da rahatlığımız ən böyük dəstəkçisi mövqeyindədir.
4. Yanğınsöndürənlər üçün qoruyucu geyim
NASA kosmik geyimlərdə və vasitələrində polimer tekstil texnologiyasının yaranmasında mühüm rol oynamışdır. İstiliyə dözümlü olan bu geyimlər yanğınsöndürmə sahəsində, orduda, bir sıra idman növlərində istifadə edilir.
5. Ərzaq təhlükəsizliyi standartları
Kosmos səyahətlərində əvvəlcədən qablaşdırılmış yeməklərin ifrat dərəcədə təhlükəsiz olması üçün, NASA Pillsbury Company ilə əlaqəyə keçərək, yeni və sistematik keyfiyyət nəzarət sistemi yaratmışdır. Artıq Hazard Analyses and Critical Control Points (HACCP prinsipləri) kimi tanınan bu metod yeməklərin saxlanılmasında yarana biləcək potensial kimyəvi, fiziki və bioloji riskləri aradan qaldırır.
6. Fövqəladə hal adyalı
Fövqəladə hal adyalıKosmos adyalı olaraq ixtira edilən, lakin cəmiyyətdə fövqəladə hal adyalı kimi tanınan bu kəşf NASA tərəfindən 1964-ci ildə edilmişdir. İzolyasiyalı maddədən hazırlanan və fövqəladə hal çantalarında olan adyallar eyni zamanda, yürüşçüləri da ani bədən temperaturu (hipotermi) dəyişikliyindən qoruyur.
7. UV filtrli günəş eynəkləri
1980-cı ildə NASA xüsusi olaraq gözləri qorumaq üçün günəş işığını filtrləyən linzalar yaratmışdır. Bu linzalar isə daha sonralar günəş eynəkləriylə yanaşı, qaynaqçıların taxdığı qoruyucu eynəklərdə də istifadə edilmişdir.
pahoo.az