Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanlarının ətini yeyən, hərbi çevrilişlə hakimiyyətə gələn Jan Bedel Bokassa

Bəşəriyyət tarixində xarizmatik və qəddar dövlət başçıları olub.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, XX əsrdə Mərkəzi Afrika Respublikasının imperator postunu tutan Jan Bedel Bokassa da qəddar dövlət başçılarından biridir. Bokassa insan əti yeməyi xoşlayırdı və hakimiyyətə hərbi çevrilişlə gəlib.

Bu günə qədər də Bokassa adı Mərkəzi Afrika Respublikası sakinləri arasında dəhşətə səbəb olur. Jan parlaq hərbi karyera qurur. Sonra isə ikinci dünya müharibəsində Fransa tərəfindən savaşa qatılır. Müharibədən sonra vətənə qayıdır və hərbi çevrilişə cəhd edir. Bunun sayəsində isə doğma əmisini taxtdan salır. Gənc və ambisiyalı afrikalı taxta çıxır.

Jan Bokassanın taclandırma mərasiminə 20 milyon dollar xərclənir. Dilənçi ölkə üçün bu, illik büdcədən bir neçə dəfə çox idi. Amma bu fakt imperatorun vecinə deyildi. Bundan başqa Bokassa təmiz qızıldan hazırlanmış taxt sifariş edir. Bu taxtın çəkisi iki ton idi.

İmperator qadınları çox sevirdi. Bokassanın 17 arvadı və 77 övladı olub. Amma övladlarının tərbiyəsinə qoşulmurdu. O, sadəcə övladlarına insan əti yeməyi qadağan etmişdi. Çünki Bokassa qorxurdu ki, insan ətinin dadına baxan övladları onu taxtdan devirə bilərlər.

Bokassa özü isə insan ətini, xüsusən də düşmənlərinin ətini çox xoşlayırdı. İmperator sarayının aşpazları tez-tez müxtəlif souslarla insan ətindən yemək hazırlayırdılar. Bokassa Mərkəzi Afrika Respublikasına səfər edən diplomatları belə yeməyə qonaq etməkdən utanmırdı. Bəzən isə imperator öldürülən insanın ailəsini saraya dəvət edir, qohumlarının ətindən yeməyi təklif edirdi. Əgər ailə üzvləri yeməkdən imtina etsələr, onları dərhal edam edirdilər. Xarici səfərə çıxan imperator çantasına bir neçə banka konservləşdirilmiş insan əti də qoyurdu.

İmperator əsasən gözəl qadınların ətini daha çox xoşlayırdı. Mərkəzi Afrika Respublikasında keçirilən gözəllik müsabiqəsinin qalibi olan qız Bokassanın naharına çevrilmişdi. İmperator 1979-cu ilə qədər hakimiyyətdə qaldı. Taxtdan salındıqdan sonra müttəhim kürsüsündə əyləşdi. Keçmiş imperator bir sıra qətllərdə, hannibalizmdə və hakimiyyətdən sui-istifadədə ittiham edilirdi.

Bokassa iddia etdi ki, rəqiblərini dini ayin məqsədi ilə öldürüb. Amma onların ətini yeməyib. Əvvəlcə Bokassanı ölüm hökmü ilə cəzalandırmaq istədilər. Sonra isə 20 il həbs cəzası verdilər. Amma sonradan cəza müddəti 6 il azaldıldı. 1993-cü ildə keçmiş imperator azadlığa çıxdı. Bir neçə il sonra isə ürək tutmasından dünyasını dəyişdi...

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »