Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Guya sənin arvadın bundan artıqdır” deməsi ölümlə nəticələndi
İçki və narkotik qəbul edən 13 illik dostların mübahisəsi qətlə səbəb oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən Əhmədov Bəxtiyar Arif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu öldürməkdə təqsirləndirilir. İttihama görə tərəflər arasında mübahisə yaranıb. Mərhum içkili vəziyyətdə avtobobilə oturarkın sevgilisini gössətərərk, Bəxtiyara "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" deyib. Bəxtiyar buna etiraz edəndə Fikrət "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bəxtiyar Əhmədov sərbəst ifadə verib. O, qətli törədib-törətmədiyini xatırlamadığını deyib.

Təqsirləndirilən deyib ki, 13 illik dostu ilə mübahisə edib. Buna səbəb isə mərhumun ona qarşı işlətdiyi ifadə olub.

“Həmin qız Fikrətin sevgilisi idi”

"Biz neçə illərin dostuyuq. 5 manat tapanda da bölmüşük. Kiçik ticarətlə məşğul olurduq, rayonlardan heyvan da gətirib satırdıq. Bir-birimizə dəstək olurduq. Yaxşı, pis günümüz də bir olub. Mən onun uşağını məşqə aparırdım. Hər gün də işdən sonra görüşürdük. Çay içirdik, söhbət edirdik. Elə həmin gün də işdən sonra Fikrət mənə zəng elədi ki, “Neftçilər”də restoranda oturmuşam. Məni də dəvət etdi. Gedəndə gördüm ki, qızla oturub. Həmin qız Fikrətin sevgilisi idi. Onlar içki içirdilər, mən də onlarla əyləşdim.Hardasa 50-100 qram da mən içmişdim”.

“Polis saxlasa, 500-600 cərimə yazacaqdı”

Təqsirləndirilən deyib ki, Fikrət arada ondan 10 manat alıb batıra çıxıb və bir azdan qayıdıb. “Fikirləşdim ki, hesabı bağlamağa gedir. Gələndən sonra yenə də otuduq. Söhbət edib, çay içdik. Fikrət dedi ki, gedək. Mən də etiraz elədim. Çünki içkili idi. Dedim ki, yolda polis bizi saxlayacaq. Amma mənə qulaq asmadı. Biz dostuq, polis saxlasa, 500-600 cərimə yazacaqdı. Gərək yarısını da mən verərdim. Dedim ki, gəl, ayıq sürücü çağıraq, 5 manat verək bizi aparsın. Dedi ki, yox, özümüz gedək".

“Dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam, sən də özünü lal kimi apar”

Dostlar arasındakı mübahisə də bundan başlayıb: “Polis saxlasa nə edəcəyimizi soruşanda mənə qarşı xoşagəlməz ifadə işlətdi. Dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam, sən də özünü lal kimi apar. Dedi ki, polisə söyləyərsən ki, arxada oturan da arvadımdır. Bu sözə çox əsəbləşdim. Dedim ki, nə danışdığını bilirsənmi? Buna görə mübahisə elədik. Yolda birinci məni düşürdəcəkdi. "Xalqlar Dostluğu"nda parkın yanında saxladı, maşından düşüb parka təəf gedəndə o da arxamca gəldi. Mən də əsəbi idim. Gördüm ki, əlində bıçaq var. Çox aqressiv hərəkət edirdi. Mən gözləyirdim ki, məndən üzrxahlıq edəcək. Etdiyi sözə görə üzr istəyəcək. Amma əksi oldu. Artıq gözləri bərəlmişdi, qışqırırdı. Məni vuracağını düşündüm. İki əlimlə onu qucaqladım ki, nəsə eləməsin. Sonra onu itələdim. Əlimdən çıxan kimi çox sürətlə qaçdı. Mən də maşına tərəf getdim. Maşını yolun kənarına çəkdim, qızı da taksi ilə yola saldım. Özüm də evə getdim. Onu vurduğumu bilmirəm. Onu nəinki öldürmək, heç xəsarət yetirmək niyyətim də olmayıb".

"Fikrətin üstündə həmişə bıçaq olurdu”

Sualları cavablandıran Bəxtiyar Əhmədov həmin gün narkotik vasitə çəkdiklərini də söyləyib: "Restoranda məndən 10 manat alıb qayıdandan sonra cibindən marixuana çıxardı. Bir siqaretdən də kiçik idi. Yandırdı, bir tüstü mən çəkdim, sonra qıza verdim, sonra da Fikrət çəkdi".

Bəxtiyar Əhmədov suallara cavabında dostu ilə ilk dəfə idi mübahisə etdiyini deyib.

Mərhumun və özünün də üzərində bıçaq gəzdirməsi ilə bağlı da sualı cavablandıran Bəxtiyar bunları deyib: "Fikrətin üstündə həmişə bıçaq olurdu. Mən də hərdən, rayona mal gətirməyə gedəndə bıçaq götürürdüm".

Proses davam edəcək.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü B.Əhmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »