Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Wannacry virusu haqqında bilməli olduğunuz hər şey
Bazar günü (14 may, 2017) internet tarixinin ən böyük kiber hücumlarından biri baş verdi. 150 ölkədə 200.000-dən çox kompyuterə yayılan “WannaCry” bir çox böyük şirkətlərin də məlumatlarını bloklamağa nail oldu. Virusun bu qədər geniş ərazini əhatə etməsi çoxlu suallar və şübhələri ortaya çıxardı. Bu yazıda qısa olaraq həmin suallara cavab tapmağa çalışdıq.

Nə baş verdi?

Virus Windows proqramlı kompyuterlərə sızaraq bütün faylları bloklayaraq açılmasını mümkünsüz edir. Bunun ardından məlumatları ələ keçirilən şirkət və ya şəxslərdən Bitcoin vasitəsi ilə 300$ tələb edilir. Əgər tələb olunan miqdar müəyyən olunan müddət ərzində ödənilməsə bütün datalar silinir. Virusun kompyuterlərə sızması daha çox ünvansız e-mail, DVD, CD, pirat oyunlar və forumlar vasitəsi ilə baş verir.

Hədəfdə kimlər var?

“WannaCry” virusu bu günə qədər ən geniş yayılmış kiber hücum hesab edilir. Hələ də, mərkəzi müəyyən olunmayan virus 150 ölkədə 200.000-ə qədər kompyuterə sızıb. İspaniyanın ən böyük telekommunikasiya şirkəti Telefonica, ABŞ-dan FedEx, İngiltərənin səhiyyə sistemi NHS, Fransanın Renault şirkəti virusun sıza bildiyi şirkətlərdir. Bundan başqa Almaniyada dəmiryolu şəbəkəsinin bilet sistemi, İtaliyada bir universitetin labaratoriyası da “WannaCry” qurbanları arasındadır.

Şimali Koreya iddiası

Kiber hücumun arxasında Şimali Koreyanın olduğu iddiası da var. Mütəxəsislər bundan əvvəl Banqaladeş Mərkəzi Bankı, Sony və Polşa banklarına olan hücumlarla bənzərlik təşkil etməsi bu şübhələri gücləndirir. Ancaq bu iddianı sübut edəcək heç bir fakt yoxdur.

Sizin kompyuteriniz də təhlükədədir?

Bunu demək çətindir ancaq “WannaCry” virusunun sadəcə Microsoft proqramlı kompyuterlərə sızır. Əgər Windows proqramınızı yeniləməmisinizsə sizin kompyuter də risk altındadır. Daha vacibi isə sizə gələn e-mail’lərə diqqət etməkdir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »