Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelada hakimiyyəti ələ keçirən müxalifət lideri Quaydo kimdir?

Venesuelada hakimiyyəti ələ keçirən, ABŞ-ın da artıq hökumət rəhbəri kimi qəbul etdiyi Xuan Quaydo haqda çox şey bilmirik. Müxalifət lideri yalnız keçid hökumətinə rəhbərlik edəcəyini deyib, uzaq gələcəklə bağlı böyük planlar qurmadığını dilə gətirib.

Bizimyol.info xəbər verir ki, Quaydo siyasətdə bir o qədər təzə deyil. O, hələ 2007-ci ildə tələbə etirazlarının önündə gedirmiş. Bundan iki il sonra əqidə yoldaşları ilə “Xalqın iradəsi” partiyasını yaradıb. Həm 2010, həm də 2015 parlament seçkilərindən qələbə ilə çıxıb.

Quaydo 1983-cü ildə Venesuelanın La Quayra şəhərində doğulub. Atası pilot, anası müəllimdir. Ailəsi 1999-cu ildə böyük faciə yaşamışdı. Onda torpaq sürüşməsi zamanı 50 minə qədər insan həlak olmuşdu. Quaydonun ailəsi isə evsiz qalmışdı. Dostları məhz bu faciə zamanı Uqo Çaves hökumətinin vecsiz davranışının Xuanı siyasətə gətirdiyini düşünürlər. Quaydo qarşısına məqsədlər qoyur və bunlara yavaş-yavaş nail olur. O, ABŞ-da Corc Vaşinqton Universitini bitirib.

Dostu Xuan Karlos deyir ki, universiteti bitirəndən sonra Quaydoya Meksikada yüksək məvacibli iş təklif ediblərmiş. Amma Xuan ölkəsində qalmağı və gözəl günlər üçün çalışacağını bildirib.

Quaydo son illər az təzyiqlə üzləşməyib. Hətta ev dustaqlığı da görüb. Bir müddət əvvəl Milli Məclis rəhbəri seçilməsi prezident səlahiyyətlərini itirməyə başlayan Nikolas Maduronun mövqeyini çox sarsıdıb. Dünən Quaydo müvəqqəti hökumətin başçısı elan olunub.

Xuan evlidir, bir qızı var.

Maduro və Tramp

Xatırladaq ki, bundan öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela prezidenti N.Maduronu “diktator” adlandıraraq, Latın Amerika ölkəsinin müxalifətinə və onun lideri Xuan Quaydoya dəstəklərini ifadə etmişdi. ABŞ prezidenti Donald Tramp artıq Quaydonu rəsmən prezident olaraq tanıyıb.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »